ABŞ-ın yeni maliyyə naziri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini dəstəkləyib

  • By admin
  • 22 Yanvar 2021 17:00

ABŞ maliyyə naziri postuna namizəd, FED-in sabiq rəhbəri Canet Yellen Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini dəstəkləyib.

 

Gununsesi.org bildirir ki, bu barədə Bloomberg agentliyi Yellenin senatorlara yazılı cavabına istinadən məlumat yayıb. “Mən ciddi şəkildə rus “oyunçularının” Şərqi Ukraynada, Krımda ərazi təcavüzkarlığına və ABŞ-ın milli təhlükəsizliyinə təhlükə yaradan digər hədələrinə qarşı yönəlmiş sanksiyaların icra olunmasının tərəfdarıyam”-deyə Yellen cavab yazında qeyd edib.

Bu həftə ABŞ maliyyə naziri postuna mümkün namizəd olan Yellen bəyan edib sanksiyalar rejiminə yenidən baxacaq və sanksiyaların “strateji baxımından və lazımi qaydada istifadəsi” üçün çalışacaq.

Gununsesi.org