ABŞ prezidenti Donald Tramp ordu katibi Mark Esperi müdafiə naziri vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.
Gununsesi.org qərb mediasına istinadən bildirir ki, bu barədə Ağ Evin cümə günü yaydığı bəyanatında deyilir.
Esper bazar ertəsindən etibarən istefaya gedən Patrik Şanahanın yerinə keçərək, müdafiə naziri əvəzi olacaq. Şanahan istefa qərarını mətbuatda onun barəsində məişət zorakılığı xəbərləri yayılmasında sonra verib. Tramp deyib ki, o, Pentaqona rəhbərlik etmək üçün Esperin namizədliyini irəli sürmək istəyir.
Tramp eyni zamanda müdafiə nazirinin müavini postuna Pentaqonun hazırkı baş maliyyə nəzarətçisi Deyvid Norkistin namizədliyini irəli sürməyi planlaşdırır.