ABŞ-ın yeni səfiri vəkillərlə görüşüb

  • By Mina
  • 30 Mart 2024 09:01

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mark Libbi həbsdə olan jurnalistləri və siyasi fəalları müdafiə edən vəkillərlə görüşüb.

Gununsesi.info -nun xəbərinə görə, səfirlə görüşə qatılan Elçin Sadıqov, Fariz Namazlı, Şəhla Hümbətova, Zibeydə Sadıqova, Rəsul Cəfərov və digər vəkillər müdafiə etdiklərin şəxslər haqqında danışıb.

Öz növbəsində səfir Libbi ölkəsinin insan haqlarının müdafiəsinə hər zaman sadiq qaldığını və Azərbaycandakı prosesləri diqqətlə izlədiyini deyib.

Mina

Gununsesi.info