ABŞ Dövlət Departamenti İranın Amerika hərbi bazalarına mümkün zərbələr endirməyə hazırlaşdığına dair məlumatlar əldə etdiyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin X sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, ABŞ rəsmiləri mövcud vəziyyəti yaxından izləyir və istənilən inkişaf ssenarisinə hazırdırlar.
Bəyanatda qeyd olunur:
“İslam Respublikasının Amerika bazalarına hücum üçün variantlar hazırladığına dair məlumatlar eşitmişik. Prezident Trampın dəfələrlə vurğuladığı kimi, bütün variantlar masada qalır. Əgər İslam Respublikası Amerika obyektlərinə hücum edərsə, çox, çox güclü bir qüvvə ilə qarşılaşacaq. Biz bunu əvvəllər də demişik və bir daha təkrar edirik: Prezident Trampla oyun oynamayın”.












