ABŞ: İrandan ələ keçirdiyimiz patronları Ukraynaya göndərdik

  • By admin
  • 05 Oktyabr 2023 17:13

ABŞ İrandan ələ keçirdiyi 1,1 milyon patronları Ukraynaya göndərildiyini təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, Ağ Evin sözçüsü Karin Jan-Pyer gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozaraq, İran tərəfindən Yəməndəki husi milislərinə göndərildiyi düşünülən 1,1 milyon patronun dekabr ayında ABŞ tərəfindən ələ keçirildiyini xatırladan Jan-Pyer bu sursatların Ukraynaya verildiyini təsdiqləyib.

“ABŞ Mərkəzi Komandanlığına bağlı dəniz piyada qüvvələri beynəlxalq hüququ pozaraq, İran İnqilab Keşikçiləri Qvardiyasından Yəməndəki silahlı qruplaşmalara bu sursatları ələ keçiriblər”, – deyə o bildirib.

İranın bu addımının BMT Təhlükəsizlik Şurasının 2216 saylı qətnaməsinin pozulması olduğunu bildirən Jan-Pyer, “Ukraynanın tiranlığa qarşı azadlıq mübarizəsini dəstəkləmək və İranın regionda və onun hüdudlarından kənarda sabitliyi pozan fəaliyyətlərinin qarşısını almaq üçün addımlar atmağa davam edəcəyik” deyib.

Jan-Pyer bildirib ki, Ukraynaya verilən sursat yardımı ABŞ-ın bu məsələdə verdiyi vədlərin arxasında dayandığının sübutudur.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) verdiyi açıqlamada, İran tərəfindən Yəmənə göndərildiyi müəyyən edilən 1,1 milyon patronun dekabr ayında yelkənli, taxta gəmidə ələ keçirildiyi və 7,62 millimetrlik patronun “Ukraynaya daşındığı” açıqlanıb.

CENTCOM qeyd edib ki, iyulun 20-də Ədliyyə Nazirliyinin müsadirə qərarı ilə ABŞ hərbi sursatlara sahib çıxıb.

Səid Əhmədli
Gununsesi.info