ABŞ İrandan müsadirə olunan silahları Ukraynaya verəcək

  • By ilhame
  • 04 Oktyabr 2023 21:15

ABŞ müsadirə etdiyi İran silahlarını Ukraynaya göndərir.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Pentaqon İrandan ələ keçirilən 1 milyondan çox silah-sursatı Ukraynaya ötürüb.

Bildirilib ki, bu, Kiyev qüvvələrinə qış gəlməmişdən əvvəl Rusiyanın müdafiə xəttindən keçməyə kömək etmək məqsədi daşıyır.

Vurğulanıb ki, bu silahlara 3 min avtomat, 578 min patron və 23 tank əleyhinə idarə olunan raket daxildir.

Gununsesi.info