ABŞ İranın 3 saytını əla keçirdi, 30-dan çoxunu BLOKLADI

  • By admin
  • 23 İyun 2021 09:11

ABŞ-ın İrana məxsus “PressTv”ni və digər 2 dövlət mediyasını ələ keçirdiyi bildirilir.

Gununsesi.info xəbər verir ki, həmin saytlara daxil olan zaman ABŞ hökuməti tərəfindən ələ keçirildiyi xəbərdarlığı görünür.

Həmçinin ABŞ Ədliyyə Nazirliyi iyunun 22-də İran İslam Radio və Televiziya İttifaqının (IRTVU) istifadə etdiyi İranın 33 internet saytını bloklayıb.

Məlumata əsasən, bundan əlavə “Kataib Hizbollah”qruplaşması tərəfindən idarə olunan 3 sayt bloklanıb. Həmin internet səhifələr məhkəmin qərarı ilə bloklanıb:

“Bu gün ABŞ məhkəmələrinin qərarlarına uyğun olaraq ABŞ-ın sanksiyalarını pozaraq IRTVU tərəfindən idarə olunan 33 saytların və “Kataib Hizbullah” tərəfindən idarə olunan üç internet saytın domenləri götürülüb”.

Gununsesi.info