Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Amerikanın MSNBC kanalında Yəmənə qarşı son hücumu dəyərləndirib.
Gununsesi.info xəbər verir ki, Kirbi İranın Qırmızı dənizdə hücumlarını davam etdirən husilərə dəstək verdiyini hər kəsin bildiyini və Tehranın bu dəstəyi dayandırması lazım olduğunu bildirib.
“Gərginliyi artırmaq istəmirik, bölgədə son bir neçə gündə husilərlə baş verənlərdən əlavə gərginliyin artması üçün heç bir səbəb yoxdur. Onlar gərginliyi artırdılar. Biz İranla münaqişə axtarmırıq”, – deyə o əlavə edib. Kirbi Qırmızı dənizdəki gəmi trafikinin normala dönməsini arzuladıqlarını ifadə edib.
ABŞ prezidenti Co Bayden dünən verdiyi açıqlamada Amerika və İngiltərə ordularının Qırmızı dənizdəki hücumlarına cavab olaraq Yəməndəki husilərə aid bəzi hədəfləri vurduğunu deyib.
Hücumların husilərin Qırmızı dənizdəki hərəkətlərinə birbaşa cavab olduğunu ifadə edən Bayden sonuncunun yanvarın 9-da baş verən və Husilərin birbaşa Amerikalıları hədəf aldığı bir sıra hücumlara beynəlxalq koalisiya ilə cavab verdiklərini qeyd edib.
Gununsesi.info