
ABŞ aviasiyasının Suriya ordusunun Deyr-ez-Zor yaxınlığındakı mövqelərinə zərbələr endirməsi ABŞ-ın İŞİD terror qruplaşması ilə əlbir olduğunu təsdiqləyir.
Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, bu barədə “RİA Novosti” məlumat yayıb. Agentliyin məlumatına görə isə bunu Suriya XİN rəhbəri Valid Müallem BMTBaş Assambleyasının iclasında çıxışı zamanı deyib. i
Nazirin sözlərinə görə, məhz AB ŞHava Qüvvələrinin hücumundan sonra ordunun mövqeləri terrorçuların nəzarətinə keçib. “Suriya hökuməti bu hücuma görə bütün məsuliyyəti ABŞ-ın üzərinə qoyur. Faktlar onu deməyə əsas verir ki, hücum səhvən deyil, bilərəkdən törədilib. Bu cəsarətsiz hücum ABŞ-ın və onun müttəfiqlərinin İŞİD və digər terror qruplaşmaları ilə əlbir olduğuna əyani sübutdur” – deyə, Valid Müallem qeyd edib.
Qeyd edək ki, İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyaya məxsus təyyarələr ötən həftə Suriya ordusunun Deyr-ez-Zor yaxınlığındakı mövqelərinə zərbələr endirməsi nəticəsində 62 hərbçi həlak olub, təxminən 100 nəfər yaralanıb.
Gununsesi.info