ABŞ İsrailə vəsait ayırır

ABŞ Amerika silahlarının alınması üçün İsrailə 3,5 milyard dollar ayırmağı planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN məlumat verib.

“Birləşmiş Ştatlar İsrailə Amerika silah və hərbi texnikasının alınması üçün 3,5 milyard dollar ayırmaq niyyətindədir və bu pulu Konqres tərəfindən ayrıldıqdan bir neçə ay sonra ayırır”, – deyə nəşr yazır.

Müvafiq vəsait İran tərəfi və Livan Hizbullah hərəkatının İsrailə qarşı mümkün hücumuna hazırlıq üçün istifadə olunacaq.

Lazımi avadanlıqların tədarükü çox güman ki, bir neçə ildən sonra həyata keçiriləcək.

Bundan əvvəl The Wall Street Journal İsrailin yaxın günlərdə İran və Hizbullahın hücumuna məruz qala biləcəyini yazmışdı.

Həmçinin avqust ayında AFP İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kaniyə istinadən, İsrailin HƏMAS lideri İsmayıl Haniyənin məhv edilməsinə görə yüksək qiymət ödəyəcəyini bildirmişdi.

 

 

Şəbnəm

Gununsesi.info