ABŞ İsrailə 1 milyardlıq yardım layihəsini dondurdu

  • By admin
  • 22 Sentyabr 2021 12:29

ABŞ-ın Demokratlar Partiyasından olan konqresmenlər Nümayəndələr Palatasında İsrailə 1 milyard dollar həcmində təcili yardımı dondurublar.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı İsrail mətbuatı yayıb.

Vəsait İsrailin Dəmir Qübbə sistemlərinin təchizi üçün nəzərdə tutulmuşdu.

Qanun layihəsinin əleyhinə səs verən demokratların bundan öncə İsrailin Fələstinə qarşı keçirdiyi əməliyyatın əleyhdarları olduğu vurğulanıb.

Gununsesi.info