
ABŞ hakimiyyəti İsrailin Qəzza zolağı və Livandakı hərbi əməliyyatlarını dəstəkləmir və pisləyir.
Gununsesi.info xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Sabrina Sinq brifinqdə bildirib.
“Söhbətin şimal bölgələrindən və ya Qəzzadan getməsindən asılı olmayaraq, hücum əməliyyatlarını dəstəkləmirik. ABŞ prezidenti Co Bayden İsrailə lazım olarsa, özünü müdafiə etmək üçün dəstək verəcəyimizi açıq şəkildə bildirdi”.
O, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar Yaxın Şərqdə münaqişənin deeskalasiyasına mane ola biləcək hərəkətlərə qarşıdır. Sinq vurğulayıb ki, mövcud vəziyyətdən ən yaxşı çıxış yolu sülh sazişinin bağlanmasıdır.
Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant ölkəsinin müharibənin yeni mərhələsinə qədəm qoyduğunu bildirmişdi.