
Amerika Prezidentinin köməkçisi Kamala Harris İsrailin müstəqil bir prokurorluğa ehtiyacının olduğunu söyləyib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Harris çıxışında bildirib ki, İsrail hökumətinin məhkəmə-prokurorluq islahatını qınayaraq bu ölkənin müstəqil prokurorluq nizamına sahib olması gərəkdir
Harris bu nitqini İsrailiin Vaşinqtondakı səfirliyində gerçəkləşdirilən İsrailin 75-ci quruluş ildönümü tədbirində sölyəyib.
“Güclü qurumlar yoxlama mexanizmləri üzərinə inşa edilmiş iki ölkənin demokratiyalarını gücləndirməyi özündə daşıyır”, – deyə Harris vurğulayıb.
Xatırladaq ki, İsrail hökuməti çəkişməli prokurorluq-məhkəmə islahatı ilə prokurorları təyin edən komitənin tam olaraq öz nəzarətinə almağı hədəfləyirdi. Bundan sonra ölkənin bir neçə şəhərində hökumətə qarşı sərt etirazlar başlayıb.
Xalqın dirənişini görən Netanyahu İsrail Parlamentinə təklif etdiyi hüquqi dəyişiklikləri ertələməyi qərara almışdı.
Tərcümə: Arzu Sayadoğlu