ABŞ İsrailin Qəzzanı yenidən işğal etməsini dəstəkləmir

  • By admin
  • 07 Dekabr 2023 15:37

ABŞ hərbi əməliyyatlar bitdikdən sonra İsrailin Qəzza zolağının yenidən işğalını dəstəkləmir.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə bildirib.

“Biz Qəzza ərazisinin azaldılmasının və eksklav əhalisinin daimi köçkünlüyünün tərəfdarı deyilik”, – deyə əlavə edib.

Eyni zamanda, Kibri eksklavın gələcək administrasiyası ilə bağlı bir sıra məsələlərin həllinin vacibliyini vurğulayıb.

Amerika rəsmisinin sözlərinə görə, Qəzza rəhbərliyi Fələstin xalqının istəklərinə əməl etməlidir.

Bundan əvvəl, dekabrın 2-də İsrailin baş naziri Benyamin Netanyahu işğaldan sonra Fələstin Muxtariyyətinin Qəzza zolağına qayıtmasına icazə verməyəcəyini bildirmişdi.

“Bir şeyə əminəm: mən bunu etməyəcəyəm. Fələstin Muxtariyyəti terrorla mübarizə aparmır, onu dəstəkləyir. O, sülhü öyrətmir, İsraili məhv etməyə hazırlaşır”, – deyə İsrailin baş naziri bildirib.

Gununsesi.info