
Amerika KİV-i ABŞ Kəşfiyyat xidmətinə və Pentaqona istinad edərək yazır ki, İran İraq ərazisində müəyyən sayda ballistik raket yerləşdirib.
Gununsesi.org xəbər verir ki, “The New York Times”ın yazdığına görə, raketlər İraq-şiə hərbi qüvvələrinin İran sərhəddinə yaxın ərazisində yerləşdirilib. Hərbi qüvvələr raket anbarını məxfi rejimdə qoruyurlar.
Nəşrin yazdığına görə, bu raketlər İsrail və Səudiyyə Ərəbistanı da daxil olmaqla ABŞ-ın regiondakı müttəfiqlərinə, həmçinin, bölgədə yerləşən ABŞ qoşunları üçün təhdid təşkil edir.
CNN-in məlumatına görə, ABŞ kəşfiyyatı və hərbçiləri İrandan İraqa daşınan yaxın mənzilli raketlərin görüntülərini qeydə alıb.
Interfaksın məlumatına görə, ABŞ raketlərin onların hərbi qüvvələrini hədəfə ala biləcək məntəqələrə gətirilməsindən narahatdır.
Digər tərəfdən, CNN kanalı yüksək rütbəli amerika hərbçilərinin bölgədəki vəziyyətlə bağlı öncəki münasibətlərini xəbər verib. Amerikalı zabitlərin fikrincə, İran hakimiyyəti ABŞ ilə müharibə etmək imkanında deyil.