ABŞ kəşfiyyatı: Rusiya Donald Trampın prezident seçkilərində qalib gəlməsinə çalışır

Rusiya Donald Trampın ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gəlməsinə çalışır.

Gununsesi.info xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatı məlumatla çıxış edib. Məlumatda Rusiyanın ABŞ prezident seçkilərinə müdaxilə etməyə çalışdığı və Donald Trampın qalib gəlməsinə tərəfdar olduğunu ifadə edilib.

ABŞ Milli Kəşfiyyat İdarəsinin adı açıqlanmayan rəsmisi ölkədə prezident seçkilərinə müdaxilə cəhdləri barədə mətbuata məlumat verib.

Mənbə Rusiyanın 2016 və 2020-ci il seçkilərində olduğu kimi, sosial media və onlayn təbliğat vasitəsilə ABŞ prezident seçkilərinə müdaxilə etməyə çalışdığını və seçkilərdə Trampı dəstəkləmək üçün sıx səylər göstərdiyini iddia edib.

Rəsmi Moskvanın bu seçki prosesində indiyə qədər aşkar etdiyi fəaliyyətlər arasında Demokratlar Partiyasının elektron poçtlarının ələ keçirilməsi və sızdırılması və Demokratlar Partiyasının namizədi Hillari Klintonun əvvəlki seçkilərdəki kampaniyasına xələl gətirmək məqsədi daşıyan bəzi hərəkətlərin olduğunu iddia edərək, Rusiyanın müdaxilə cəhdlərinin bir məqsədlə olduğunu bildirib.

Rusiyanın bu kontekstdə müəyyən bir elektoratı hədəf aldığını, separatçı diskursları təşviq etdiyini və bəzi siyasətçiləri aşağılamağa çalışdığını bildirən mənbə, İranın da bu istiqamətdə səylərini artırdığını və son həftələrdə Qəzzada gedən müharibəyə qarşı etirazlara gizli dəstək verdiyini iddia edib.

ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haines dünən mətbuata verdiyi açıqlamada İran hökumətinə bağlı şəxslərin onlayn platformalarda fəal olduqlarını, etirazları təşviq etməyə çalışdıqlarını və etirazçılara maliyyə dəstəyi verdiyini iddia edib.

 

 

Ceyhun

Gununsesi.info