ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) tarixində ən böyük sızıntıya səbəb olmaqda təqsirləndirilən CIA-nın keçmiş əməkdaşı Coşua Şulte 40 il müddətinə azadlıqdan məhrum edilib.
Gununsesi.info xəbər verir ki, BBC-nin məlumatına görə, 35 yaşlı proqram mühəndisi Şulte casusluq, kompüter məlumatlarını ələ keçirmə, məhkəməyə hörmətsizlik, FTB-yə yalan ifadələr vermək və uşaqlara qarşı zorakılıq şəkillərinə sahib olmaqda təqsirli bilinib.
Şulte 2017-ci ildə 8761 məxfi sənədi “Wikileaks”ə ötürməkdə ittiham olunur. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, bu, CIA tarixində ən böyük sızıntıdır.
“Vault 7” ləqəbli və 2017-ci ildə “Wikileaks”ə sızan sənədlərdə ÇIA-nın hazırlanmış proqram təminatı ilə smartfonlara, kompüterlərə və televizorlara sızmasını təmin edən vasitələr açıqlanıb. ABŞ kəşfiyyatının bu vasitələrdən istifadə edərək telefonları dinləmə cihazına çevirə bildiyi iddia edilib.
Hakim Jesse M. Furman Şultenin hərəkətlərinə “rəqəmsal Pearl Harbor” kimi baxıla biləcəyini söyləyərək, “milli təhlükəsizliyə hesabsız ziyan vurduğunu” qeyd edib.
Gununsesi.info