ABŞ kəşfiyyatından yeni pandemiya XƏBƏRDARLIĞI

Amerika Kəşfiyyat Cəmiyyəti ABŞ-a qarşı müasir təhdidlər və çağırışlar haqqında illik hesabatını açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, sənəddə koronavirus pandemiyasına bənzər yeni ölümcül pandemiyaların baş vermə riskləri qiymətləndirilib.

HTML tutorial

Hesabatda deyilir: “Dünya dövlətləri dağıdıcı yeni pandemiyaya səbəb ola biləcək yeni patogenlərin ortaya çıxması və ya daxil olması təhlükəsi ilə üz-üzədir”.

Məlumat üçün bildirək ki, ABŞ Energetika Nazirliyi gizli kəşfiyyat hesabatına əsaslanaraq, koronavirus pandemiyasının çox güman ki, Çinin Çin biokimyəvi laboratoriyalarından birindən virus sızması nəticəsində yarandığı qənaətinə gəlib.

Gununsesi.info