ABŞ kəşfiyyatı Uhan laboratoriyasından 22 min virus barədə məlumatları əldə edib

  • By admin
  • 06 Avqust 2021 16:29

ABŞ kəşfiyyat orqanları Uhan Virusologiya İnstitutunda araşdırılan 22 min virus nümunələrinin məlumat bazasına giriş əldə ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Telekanalın mənbələrinə görə, hazırda mütəxəssislər alınan məlumatları təhlil edirlər.

Bildirilir ki, kəşfiyyat orqanları, bu miqdarda məlumatı tədqiq etmək üçün Enerji Departamentinin milli laboratoriyalarında superkompyuterlərdən istifadə edirlər.

Telekanal kəşfiyyatın bu məlumatı necə əldə etdiyini dəqiq öyrənə bilməyib.