ABŞ Kapitolinın təmirini etirazçılara ödətmək istəyir – VİDEO

  • By admin
  • 04 İyun 2021 10:55

Kapitolinın təmiri ABŞ-a 1,5 milyon dollara başa gələcək.

Gununsesi.info xəbər verir ki, Konqresin binasının təmirinə tələb olunan vəsait barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, təmirdə ən çox vəsait sənət nümunələrinin bərpasına xərclənəcək.

Prokurorluq bu xərcləri binaya hücum edənlər tərəfindən ödənilməsini tələb edir.

Son məlumata əsasən, Kapitoli hücuma görə 500-dən çox amerikalının məhkəmə prosesi davam edir.

Gununsesi.info