ABŞ Karib dənizində gəmiyə zərbə endirdi - 3 ölü

  • By Admin2
  • 14 Fevral 2026 09:35

ABŞ hərbçiləri Karib dənizində gəmiyə zərbə endirib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı “X” hesabında açıqlayıb.

Bildirilib ki, gəmi terrorçu kimi tanınan təşkilat tərəfindən istifadə olunub. Hadisə zamanı 3 nəfər ölüb.

Qeyd edək ki, bu, ilin əvvəlindən ABŞ-nin beynəlxalq sularda gəmilərə sayca dördüncü zərbəsi olub.

Gununsesi.info