
ABŞ Konqresinin Nümayəndələr Palatası üzvləri fevral ayında ABŞ-da TikTok-un bloklanmasını təklif edən qanun layihəsini təqdim etmək istədiyini bildiriblər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki , bu haqqda məlumatı ABŞ-ın Təhlükəsizlik komitəsinin rəhbəri Maykl Makkol bildirib.
Bu qanun layihəsi Ağ Evə milli təhlükəsizliyi əsas götürərək TikTok-u bloklamaq üçün qanuni əsaslar tapmağa imkan yardacaq. Komitənin rəhbəri Maykl Makkola: “Bu proqramın Çin hökuməti tərəfindən smartfonlarımıza daxil olmaq üçün istifadə edilməsinin ehtimalı var”- deyib.
Əvvəllər Amerikanın əvvəlki administrasiyası Donald Tramp da bu platformanı bloklamağa çalışıb. Düzdür, onun qərarları məhkəmənin qərarı ilə ləğv olunub. Jurnalistlərin dediyi kimi Amerikada TikTok-un bloklanması problemli olacaq: Konqresin hər iki palatası əsl mübahisə yarada bilər.