ABŞ Konqresində qəbul edilib, Ağ Evə göndərilən 2024-cü il müdafiə büdcəsində əsasən PKK/YPG-nin faydalanacağı Suriyaya ayrılan fond 2023-cü ilə nisbətən 9 milyon dollar azalaraq 2024-cü il üçün 156 milyon dollar olaraq təyin edilib.
Gununsesi.info xəbər verir ki, ötən il İraq bölməsinə 322 milyon dollar, bu il isə 242 milyon dollar ayrılıb.
İraq və Suriyada İŞİD terror təşkilatı ilə mübarizə fondu çərçivəsində 2024-cü maliyyə ili üçün ümumilikdə 398 milyon dollar ayrılıb.
Sözügedən müdafiə büdcəsində bu vəsaitin ABŞ-ın “Suriya Demokratik Qüvvələri (SDQ)” adlandırdığı PKK/YPG-yə “İŞİD-ə qarşı mübarizə və İŞİD məhbuslarının müəyyən həbsxanalarda saxlanması” kimi səbəblərlə ayrıldığı bildirilib.
ABŞ prezidenti Co Baydenin imzasından sonra müdafiə büdcəsinin qanuna çevriləcəyi gözlənilir.
Gununsesi.info