ABŞ Konqresi prezidentlərin maaşını azaldır

  • By admin
  • 11 Noyabr 2017 16:29


ABŞ Konqresində ölkənin keçmiş prezidentlərinə ayrılan təqaüdlərin məbləğinin ildə 200 min dollar həddinə qədər azaldılması təklif edilib.

Axar.az xəbər verir ki, qanun layihəsinin təşəbbüskarı respublikaçı Codi Hays həmçinin keçmiş prezidentlərin hər birinə ofis icarə haqqı və əməkdaşların maaşları üçün ayrılmış büdcənin də tədricən azaldılmasını təklif edib.

Təşəbbüsün tərəfdarlarının fikrincə, eks-prezidentlər ictimai çıxışlardan və memuarlarını satmaqdan kifayət qədər gəlir əldə edir. Buna görə də ABŞ-ın dövlət borcunun 20 trilyon dolları keçdiyi bir dövrdə onlara büdcədən əlavə vəsaitin ayrılmasına ehtiyac yoxdur.

Qeyd edək ki, ötən il ABŞ-ın keçmiş prezidenləri Cimmi Karterin 230 min, Bill Klintonun 700 min, oğul Corc Buşun isə 800 min dollardan çox əlavə təqaüd aldığı bildirilib.

 

Gununsesi.info