ABŞ Konqresi Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiya nəzərdə tutan qanun qəbul edib

  • By admin
  • 26 İyul 2017 10:12
konqres
ABŞ Nümayəndələr palatası Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların qəbul edilməsi ilə bağlı qanun layihəsini qəbul edib.
Gununsesi.info Reuters-ə istinadən xəbər verir ki, qanun layihəsi prezident Donald Trampın sənədlə bağlı müəyyən iradlarına baxmayaraq böyük əksəriyyətin səsverməsi ilə qəbul edilib.
Sənədi demokrat və respublikaçılardan olan 388 konqres üzvü   dəstəkləyib.  Adıçəkilən sənəd Senat da  təsdiqləndikdən sonra Ağ Evə göndəriləcək. Bundan sonra prezdent  Tram ya sənədə imza atacaq, ya da veto qoyacaq.
Gununsesi.info