ABŞ Konqresi Ukraynaya 13,6 milyard dollarlıq yardımı təsdiqlədi

  • By admin
  • 10 Mart 2022 09:43

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 13,6 milyard dollarlıq yardımı təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Nəşr qeyd edib ki, qərarlar dərhal qəbul edilib. Çünki palata nümayəndələri Rusiyanın səbəbsiz hücumu fonunda Ukraynaya dəstək nümayiş etdirməyə çalışıblar.

“Reuters”in məlumatına görə, Ukraynaya yardım Rusiya qoşunlarına qarşı mübarizədə Silahlı Qüvvələrə dəstək və təxminən 1,5 milyon qaçqın da daxil olmaqla vətəndaşlara humanitar yardım göstərmək üçün nəzərdə tutulub.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi 13,6 milyard dolların aysberqin yalnız görünən hissəsi olacağını söyləyib.

Gununsesi.info