ABŞ Konqresinə zorla girib Pelosinin masasında poza verən Trampın dəstəkçisi uzunmüddətli həbs edilə bilər

  • By admin
  • 24 Yanvar 2023 12:12

6 yanvar 2021-ci ildə Amerikan Konqresində digər etirazçılarla bilrikdə içəri zorla girən və dönəmin Təmsilçilər Məclisi başçısı Nansi Pelosinin ofisində pozalar verən Riçard Barnett ittiham edildiyi məhkəmədə günahkar bilinib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Barnett onilliklərlə həbs cəzası ala bilər.

 

Onun hökmlə cəza alacağı maddələr arasında “Konqresin işini axsatma”, “rəsmi bir işi əngəlləmə”, “öldürücü bir silahla girişi qadağan edilmmiş binaya girmə və qalma”, “ictimai əmlakı oğurlamaq” var.

Xatırladaq ki, 2 il öncə Donald Trampın dəstəkçisi Riçard Barnett ayağını Pelosinin masasının üzərinə qoyaraq şəkil çəkdirmiş və masaya cinsiyyətci təhqirlər olan bir qeyd yazmışdı.

Yetkilərin bildirdiyinə görə, “şok tapançası” daşıyan Barnet Pelosiyə zərər verə bilərdi.

Prokurorlar hələ 62 yaşlı yanğınsöndürmə işçisi Barnetin 1600 km. uzaqlıqdakı Arkanzasdan paytaxt Vaşinqtona “güclü hazırlanaraq” gəldiyini söyləyirlər.

Barnett isə öz açıqlamasında ədalətli mühakimə edilmlədiyini söyləyib. Vəkili ilə birlikdə qərara etiraz edəcəklərini bildirib.

Tərcümə: Arzu Sayaadoğlu

Gununsesi.info