ABŞ Konqresində gərgin anlar - Odlu silahla...

  • By admin
  • 22 Yanvar 2021 15:34

ABŞ Konqresinin üzvü Endi Harris Kapitoliyə odlu silahla girməyə çalışıb.

Gununsesi.info xəbər verir ki, metal detektor keçidi onun üzərindəki silahı aşkarlayıb və polis konqresmenin Nümayəndələr Palatasının salonuna daxil olmasına icazə verməyib.

E.Harris həmkarı, millət vəkili Con Katkodan silahı saxlamasını istəyib. Amma Katko bundan imtina edib. Harris binadan çıxıb və qısa müddətdən sonra Nümayəndələr Palatasına silahsız qayıdıb.

Kapitolinin növbətçi polis məmuru hadisəni yuxarılara bildirib. Hazırda hadisə ilə bağlı istintaq aparılır.

ABŞ qanunvericiliyində Konqres nümayəndələrinin odlu silah gətirməsi qəti qadağandır.

Qeyd edək ki, yanvarın 6-da sabiq prezident Donald Tramp tərəfdarları Kapitolini işğal etmişdi.

Gununsesi.info