ABŞ Konqresindən Rusiya qarşı YENİ PLAN: "Bu, ilk addım olacaq"

  • By admin
  • 07 Mart 2022 09:48

ABŞ Konqresinin Nümayəndələr Palatasının (Konqresin aşağı palatası) spikeri Nensi Pelosi Rusiyanı təcrid etmək üçün qanunvericilik variantlarını, o cümlədən Rusiya neftinə qadağa qoyulmasının yollarını araşdırdığını bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb .

Pelosi həmkarlarına ünvanladığı məktubda deyib:

“Bizim qanunumuz Rusiyanın ABŞ-a neft və enerji idxalını qadağan edəcək, Rusiya və Belarusla normal ticarət əlaqələrini ləğv edəcək və Rusiyanın Ümumdünya Ticarət Təşkilatına girişini qadağan etmək üçün ilk addım olacaq”.

“Biz həmçinin məsul qurumlara Rusiya idxalına tarifləri artırmaq səlahiyyəti verəcəyik”, – o vurğulayıb.

Pelosi qeyd edib ki, prezident Co Bayden administrasiyası Ukraynaya humanitar, hərbi və iqtisadi dəstək üçün 10 milyard dollar istəyib. O əlavə etdi ki, Konqres bu həftə bu təcili maliyyələşdirməni hərtərəfli hökumət maliyyələşdirmə qanunvericiliyinin bir hissəsi kimi təsdiqləmək niyyətindədir.

Gununsesi.info