ABŞ konqresmenindən Ukrayna ilə bağlı ŞOK TƏLƏB

Respublikaçı konqresmen Den Bişop bildirib ki, ABŞ Ukraynaya “bir dollar” da göndərməməlidir.

Gununsesi.info xəbər verir ki, o, bu barədə “The American Conservative” nəşrinə müsahibəsində deyib.

HTML tutorial

“Ukraynaya üç milyard, hətta bir dollar da göndərməməliyik. Biz artıq Avropadakı hər hansı bir müttəfiqimizin xərcləməyə hazır olduğundan çox xərcləmişik, lakin eyni zamanda öz sərhədimizin təhlükəsizliyini təmin etmək üçün bu vəsaitin cüzi bir hissəsini belə toplaya bilmirik”, – deyə konqresmen bildirib.

O, Kiyevin “davamlı” maliyyələşdirməsinin ABŞ Prezidenti Co Baydenin “Axırıncı Amerika” siyasətinin bariz nümunəsi olduğu fikrini də ifadə edib.

Qeyd edək ki, avqustun 24-də Bayden Ukraynaya ən böyük 2,8 milyard dollarlıq hərbi yardım paketini açıqlayıb.

Gununsesi.info