ABŞ Konqresinin Nümayəndələr Palatası 2024-cü maliyyə ilinin sonuna qədər (ABŞ-də sentyabrın 30-da başa çatır) federal qurumların əsas hissəsinin işinə vəsaitin ayrılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Gununsesi.info C-SPAN telekanalına istinadən verdiyi xəbərə görə, sənədi Konqresin aşağı palatasının 286 üzvü dəstəkləyib, 134-ü isə əleyhinə çıxıb.
Qanun layihəsinə qurumlar üçün təxminən 1,2 trilyon dollar vəsait daxildir.
Gununsesi.info