ABŞ konsulluğu qarşısında bomba həyəcanı  - İSTANBUL POLİSİ AYAĞA QALXDI

  • By admin
  • 15 İyun 2017 22:18

1497541123-6108

ABŞ-ın İstanbuldakı konsulluğunun qarşısında bir nəfər “Üzərimdə bomba var” deyə qışqırıb.

Gununsesi.info CNN Türk-ə istinadən xəbər verir ki, dərhal polis məlumatlandırılıb və ərazi nəzarətə götürülüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi saxlayaraq üzərinə baxış keçiriblər. Məlum olub ki, onun üzərində hər hansı partlayıcı maddə yoxdur. Polis həmin şəxsi tutaraq bölməyə aparıb.

İlkin ifadə zamanı məlum olub ki, psixoloji problemi olan şəxs iran əsilli ABŞ vətəndaşıdır.

Gununsesi.info