ABŞ Koreya sahillərinə üçüncü aviadaşıyıcı hücum qrupunu göndərdi…

  • By admin
  • 28 May 2017 08:01

koreya

ABŞ Şimali Koreyanın mümkün hücumlarından Cənubi Koreyanı müdafiə etmək məqsədi ilə üçüncü aviadaşıyıcı hücum qrupunu bölgəyə göndərib.

Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, üçüncü hücum qrupuna “Nimits” aviadaşıyıcı gəmi rəhbərlik edir.

Qeyd edək ki, “Nimits” aviadaşıyıcı Sakit okeanın qərb hissəsində növbə çəkən “Karl Vinson” və “Ronald Reyqan” aviadaşıyıcı gəmilərə qoşulacaq.

Ölkə nəşrləri ABŞ-ın bir bölgəyə üç aviadaşıyıcı göndərməsinin nadir hal olduğunu qeyd edib.

Gununsesi.info