
Dünən – sentyabrın 11-də ABŞ-da COVID-19 vaksinlərinin yenilənmiş variantları təsdiqlənib.
Gununsesi.info xəbər verir ki, məqsəd son koronavirus variantlarına qarşı qorumanı gücləndirmək, payız-qış aylarında yoluxmalarda kəskin artımı önləməkdir.
Ərzaq və Dərman Administrasiyasının (FDA) qərarı ilə Moderna və Pfizer – BioNTech şirkətlərinin ən yeni peyvəndləri hətta koronavirusa qarşı heç vaxt peyvənd olunmayan amerikalılara təklif olunur. Ancaq hələ bir addım da qalır: Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) də qərarı təsdiqləməlidir.
CDC bu gün yenilənmiş dozalara ən çox kimin ehtiyacı olması haqda tövsiyələrini açıqlamalıdır. Artıq bu həftənin sonuna vaksinasiyalar başlana, eyni vaxtda həm COVID-19, həm də qrip vaksinləri vurula bilər.