“ABŞ KXDR ilə danışıqlar aparmağa hazırdır - MAYK PENS

  • By admin
  • 12 Fevral 2018 08:30

Vaşinqton KXDR-ə təzyiq göstərməkdə davam edəcək, lakin danışıqlara hazırdır.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.

“Maximal təzyiq göstərmək kampaniyası davam etdiriləcək və daha intensif olacaq. Amma əgər siz danışmaq istəsəniz – danışacağıq”. Bu barədə Pens “Washington Post” nəşrinə müsahibəsində bildirib.

Sanksiyaların aradan qaldırılması üçün Pxenyan tərəfindən hansı addımların atılmasına dair suala M.Pensin cavabı lakonik olub: “Bilmirəm. Dnışıqlar da elə bunun üçün gərəkdir”.

Qeyd edək ki, ABŞ məsələ ilə bağlı rəsmi mövqeyini dəfələrlə açıqlayıb: KXDR əvvəlcə nüvə və raket proqramlarından imtina etməlidir, bundan sonra Vaşinqton danışıqlara razılıq verəcək”.

Gununsesi.info