ABŞ-la İran arasında yeni böhran: Təyyarəsini müsadirə etdi

  • By admin
  • 13 Fevral 2024 12:44

ABŞ Venesuela yük şirkəti tərəfindən İranın “Mahan Air” aviaşirkətindən aldığı “Boeing 747” tipli yük təyyarəsinin “İranla bağlı ixrac məhdudiyyətləri” çərçivəsində ələ keçirildiyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, 2019-cu ildə ABŞ Maliyyə Nazirliyi İranın “Mahan Air” aviaşirkətini İnqilab Keşikçiləri Ordusu (SEPAH) ilə əlaqəsi səbəbindən sanksiya siyahısına daxil edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani verdiyi yazılı açıqlamada ABŞ-ın Venesuelanın “Emtrasur” aviaşirkətinə məxsus “Boeing-747” tipli yük təyyarəsini ələ keçirməsinə münasibət bildirib.

ABŞ-ın təyyarəni ələ keçirmə hərəkətinin Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq hüquqa zidd olduğunu bildirən Kənani İranın Venesuelanın əmlakına sahiblik və onlara girişi bərpa etmək üçün hüquqi və diplomatik səylərini və tədbirlərini şiddətlə dəstəklədiyini bildirib.

Gununsesi.info