ABŞ-la Rusiya arasında Ay planeti uğrunda mübarizə gərginləşir

  • By arzu
  • 25 May 2020 14:05

“Rusiya ABŞ-ın Ayı özəlləşdirməsinə imkan verməyəcək”.

Gununsesi.org-un APA-ya  istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Federal Kosmik Agentliyinin (“Roskosmos”) rəhbəri Dmitri Roqozin bildirib. “Biz bütün hallarda kim tərəfindən olur olsun, Ayın özəlləşdirməsinə imkan verməyəcəyik. Bu, beynəlxalq hüquqa ziddir”, – deyə Roqozin vurğulayıb.

O, 2021-ci ildə Aya ilk Rusiya avtomotik missiyasının göndərilməsinin planlaşdırıldığını xatırladıb.

Qeyd edək ki, aprelin əvvəlində ABŞ Prezidenti Donald Tramp amerikalılara kosmik resursların, o cümlədən Ayın mənimsənilməsi hüququnu verən fərman imzalayıb. “Roskosmos” o zaman bunu aqressiv və beynəlxalq əməkdaşlığa zərər vuran planlar adlandırıb.

Gununsesi.org