Şimali Koreya Xalq Demokratik Respublikasının (ŞKXDR) prezidenti Kim Çen İn gələn həftə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında ölkəsinin nüvə sınaqları ilə bağlı tədbir keçirəcəyi barədə mətbuata açıqlama verib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Kim Çen İn ABŞ-ın Koreya yarımadasında gərginliyi artırdığını, eləcə də bölgədə təhlükəli vəziyyət yaratdığını və hər an nüvə müharibəsinin baş verə biləcəyini deyib.
Qeyd edək ki, Kim Çen İn ABŞ-ın hər bir hücümunun qarşısını almağa qadir olduqlarını bildirib.
Anar
Gununsesi.info