ABŞ-lı 81 yaşlı senator dondu qaldı: 20 saniya danışa bilmədən kürsünü tərk etdi – VİDEO

ABŞ Senatında respublikaçıların lideri, 81 yaşlı Mitç Makkonnel Konqresdə mətbuat konfransında çıxış edərkən təxminən 20 saniyə donub qalıb.

Gununsesi.info xəbər verir ki, Makkonnel ABŞ Konqresində keçirilən mətbuat konfransının açılış nitqi ilə çıxış edərkən bir müddət susub.

Senatın illik müdafiə icazəsi qanun layihəsi üzərində işi tamamlamaqda irəliləyişi və qanun layihəsinə ikitərəfli dəstək haqqında danışarkən cümləsini bitirə bilməyən Makkonnell sanki özü deyilmiş kimi havaya baxıb və təxminən 20 saniyə heç nə deməyib.

Onun yanında olan konqresmenlər bir müddət nə edəcəklərini çaş-baş salıblar.

Senator Con Barrasso Makkonelin qolundan tutub deyib: “Mitç, demək istədiyin başqa bir şey var? Yoxsa ofisinə qayıtmalıyıq?”

Heç nə demədən kənara çəkilən Makkonnel daha sonra yenidən jurnalistlərin qarşısına çıxıb və yaxşı olduğunu bildirib.

Makkonnel ilin əvvəlində qaldığı oteldə yıxılıb və müalicəsi səbəbindən bir müddət Senatda ola bilməyib.

Gununsesi.info