ABŞ məhkəməsi Trump-ın viza qadağasını dayandırır

  • By admin
  • 05 Fevral 2017 09:12

tramp

ABŞ Gömrük Xidmətinin qərarına əsasən prezidentin sərəncamı ilə ölkəyə gəlməsinə qadağa qoyulmuş 7 ölkənin vətəndaşları əllərində olan viza əsasında ABŞ ərazisinə daxil ola bilərlər. Gununsesi.info BBC-yə istinadən bildirir ki, bu qərardan əvvəl Seattle şəhərinin məhkəməsi prezident Donald Trump-ın miqrasiya siyasətini sərtləşdirən sərəncamının icrasının müvəqqəti dayandırılması barədə hökm çıxarıb. Ədliyyə Nazirliyi məhkəmə qərarına qarşı apellyasiya verəcəyini bildirir.

Prezident Donald Trump-ın administrasiyasında hesab edirlər ki, vizalarla bağlı məhdudiyyətlər məqsədəuyğun və hüquqi əsaslara söykənən qərardır. Ötən şənbə günü cənab Trump qərarı şərh edərkən onun yaxşı icra olunduğunu deyib. “Çox yaxşı alınır. Aeroportlarda, hər yerdə bunu görürsünüz”.

ABŞ prezidenti əhalisi əsasən müsəlmanlardan ibarət 7 ölkənin vətəndaşlarına vizaların verilməsinin dayandırılması barədə sərəncama ötən həftə imza atıb. Bu qərara əsasən Sudan, Yəmən, Liviya, Somali, İraq, İran və Suriya vətəndaşları 90 gün ərzində ABŞ-a daxil ola bilməz. O, həmçinin suriyalı qaçqınların ölkədə yerləşdirilməsi üzrə proqramın qeyri-müəyyən müddətə dayandırılmasını nəzərdə tutur.

Başqa ölkələrdən qaçqınların qəbulu isə 120 gün müddətinə dayandırılır.

İmmiqrasiya məhdudiyyətləri qüvvəyə minən gündən bəri 100 min giriş vizası etibarsız elan edilib. ABŞ hakimiyyəti bildirir ki, daimi yaşama vizası sahiblərinə ölkəyə daxil olmaqda maneələr törədilməyib.

ABŞ aeroportlarında saxlanılan minlərlə adam immiqrasiya ilə bağlı qərara etiraz edib.