ABŞ-nın maliyyə naziri Canet Yellen Çin banklarını Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına maddi dəstək göstərəcəkləri təqdirdə sanksiyalarla hədələyib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, söhbət Pekinin ABŞ dollarına çıxışını əngəlləməkdən gedir.
Bildirilib ki, ABŞ maliyyə naziri Çin banklarına xəbərdarlıq edib: “Rusiya müdafiə sənayesinə hərbi və ya ikili təyinatlı malların tədarükünü imkan verən böyük əməliyyatları asanlaşdıran istənilən banklar özlərini riskə məruz qoyurlar”.
“Bloomberg” vurğulayıb ki, ABŞ Maliyyə Nazirliyinin beynəlxalq səviyyədə fəaliyyət göstərən banklara münasibətdə əsas silahı onların dollara çıxışını əngəlləmək qabiliyyətidir.
Gununsesi.info