ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib

  • By ilhame
  • 11 Yanvar 2024 20:33

ABŞ Rusiyanın “224-cü uçuş dəstəsi” dövlət aviaşirkətinin direktoru Vladimir Mixeyçiki sanksiyalar siyahısına əlavə edib.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin müvafiq sənədlərində deyilir.

 

ABŞ Maliyyə Nazirliyi V.Mixeyçikdən başqa Rusiya hərbi sənaye kompleksi ilə əlaqəli iki hüquqi şəxsə, habelə Rusiya hərbi nəqliyyat aviasiyası ilə əlaqəli üç təyyarəyə məhdudiyyətlər tətbiq edib.

Gununsesi.info