ABŞ MDB məkanında olan 10 kriminal avtoriteti “QARA SİYAHI”YA SALIB

  • By admin
  • 23 Dekabr 2017 12:52

ABŞ Maliyyə Nazirliyi MDB məkanından, əsasən də Rusiyadan olan kriminal avtoritetlərə qarşı sanksiya tətbiq edərək onları “qara siyahı”ya salıb.

Gununsesi.info tass-a istinadən xəbər verir ki, Amerikanın “qara siyahı”sına Yuriy Piçuqin, Ruben Tatulyan, Alimjan Toxtaxunov, Vladimir Tyurin, Zaxariy Kalaşov, Vasiliy Xristoforov, Kamçibek Kolbaev, Laşa Şuşanaşivili, Vladislav Leontev və Qafur Raximov daxil edilib.

Bununla belə ABŞ-ın bu məhdudlaşdırıcı sanksiyası Ruben Tatulyanın  Soçudəki “Vesna” oteli və Moskvada qeydiyyatdan keçən “Novıy Vek Media” MMC-sinə qarşı tətbiq edilib.

Gununsesi.info