ABŞ mediası Səudiyyənin vəliəhd şahzadəsi haqqında bu xəbəri yaydı - Amerikalı aktrisa ilə...

  • By admin
  • 06 Avqust 2019 14:22

 

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman əl-Səudun amerikalı aktrisa Lindsay Lohanla gizli eşq yaşadığı iddia edilib.

Gununsesi.org  xəbər verir ki, ABŞ mətbuatı şahzadənin aktrisanı özəl təyyarəsinə mindirdiyini yazıb.

Cütlüyün tanışlıq tarixçəsi Formula 1 yarışlarına təsadüf edir. Salman Lohana hədiyyə paketinin içərisində öz kredit kartını verib. Daha sonra tərəflər arasında münasibət istiləşib və tez-tez görüşməyə başlayıblar.

Lindsay Lohanın meneceri ikilinin eşq yaşadığına dair şayiələri təkzib edərək vəliəhd şahzadə ilə aktrisanın yaxın dost olduğunu bildirib. Məhəmməd ibn Salman əl-Səud isə məsələ ilə bağlı heç bir açıqlama yaymayıb.