ABŞ-da hərbi helikopter qəzaya uğradı, ölənlər var

  • By admin
  • 06 Dekabr 2019 09:28

ABŞ Milli Qvardiyasının helikopteri Sent-Klauda (Minnesota ştatı) şəhəri yaxınlığında qəzaya uğrayıb.

Bu barədə Gununsesi.org “Report”-a istinadla xəbər verir.

Ştatın qubernatoru Tim Uolz mətbuat konfransında bildirib ki, qəza zamanı helikopterdə olan 3 nəfər həlak olub.

“UH-60 Black Hawk” helikopteri Sent-Klaudadan təxminən 25 kilometr cənub-qərbə qəzaya uğrayıb. “Qəza nəticəsində helikopterdə 3 heyət həlak olub”, – Uolz deyib.

O, qeyd edib ki, həlak olanların hamısı ABŞ Milli Qvardiyasının hərbi qulluqçuları olub.

“Yaxın günlərdə araşdırma başlanacaq”, – qubernator əlavə edib.

Gununsesi.org