
Şimali Koreya Ukrayna müharibəsində istifadə etməsi üçün bu yaxınlarda Rusiyaya taktiki raket kompleksləri və ballistik raketlər verib. Bunu ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsiu Con Kirbi (John Kirby) deyib. Beləliklə o, bundan əvvəl mediada bu barədə gedən xəbərləri təsdiqləmiş olub.
Kirbinin sözlərinə görə Rusiya artıq Şimali Koreya raketlərindən Ukraynaya 30 dekabr və 2 yanvar zərbələri zamanı istifadə edib. Ağ Evin nümayəndəsi KXDR-dən Rusiyaya raketlərin verilməsini “böyük və narahatlıq doğuran eskalasiya” adlandırıb.
Kirbi deyib ki, ABŞ bu məsələni BMT Təhlükəsizlik Şurasında qaldıracaq və bu raketlərin təchizatı ilə bağlı olanların üzərinə əlavə sanksiyalar qoyacaq.
Gununsesi.info