ABŞ Misirə 1 milyard dollar ayırdı - TERRORLA MÜBARİZƏ ÜÇÜN

  • By admin
  • 12 Fevral 2018 19:42

Vaşinqton Qahirəyə 1 milyard dollar ayırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson Misirdə xarici işlər naziri Sameh Şukri ilə birgə mətbuat konfransı zamanı deyib.

Dövlət katibi bu vəsaitin terrorizmlə mübarizə üçün ayrıldığını vurğulayıb.

R.Tillerson deyib: “Vaşinqton terrorizmə qarşı mübarizədə hərbi potensialını artırması üçün Qahirəyə 1 milyard dollar ayırıb”.

Qeyd edək ki, ABŞ-ın Qahirəyə illik hərbi yardımı 1,4 milyard dollar təşkil edir.

Gununsesi.info