ABŞ MN yüklərini daşıyan “Maersk” gəmiləri Qırmızı dənizdən keçib

  • By ilhame
  • 15 Yanvar 2024 22:54

Cəmi 10 gün əvvəl hücum riski ilə əlaqədar Qırmızı dənizdə bütün gəmilərinin hərəkətini qeyri-müəyyən müddətə dayandırmasına baxmayaraq, Danimarkanın “Maersk” şirkətinin gəmilərinə Qırmızı dənizlə Ədən körfəzini birləşdirən Bab əl-Məndəb boğazından keçidə icazə verilib.

 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri “Maersk Line” şirkətinin Amerikadakı törəməsi olan “Limited”in gəmilərini bütün hərəkət boyu qoruyur.

 

Yük həmçinin ABŞ Müdafiə Nazirliyinə də məxsusdur.

 

“Gəmilər boğazdan ABŞ Hərbi Dəniz Qüvvələrinin bölmələrinin mövcudluğu səbəbindən keçə biliblər, çünki bununla ekipaj və yüklər üçün təhlükə azaldıb. Bu gəmilərdəki yüklər ABŞ Müdafiə Nazirliyinə, Dövlət Departamentinə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinə və ABŞ-ın digər dövlət qurumlarına aiddir və buna görə də boğazdan keçərkən ABŞ Hərbi Dəniz Qüvvələrinin mühafizəsi altında olublar”, – şirkətdən bildirilib.

 

Daha əvvəl “Maersk” şirkətindən beynəlxalq qüvvələr tərəfindən Qırmızı dənizdə gəmilərin hərəkət azadlığını və təhlükəsizliyini təmin etmək üçün orada həyata keçirilən “Prosperity Guardian” əməliyyatının başlanmasından sonra gəmi daşımalarının bərpa ediləcəyi bildirilmişdi. Amma dekabrın 30-da “Maersk Hangzhou” konteyner gəmisinin raketlə vurulmasından sonra şirkət gəmilərinin Qırmızı dənizdə hərəkətini qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlmişdi.

 

Gununsesi.info