Rusiyanın paytaxtı Moskva yaxınlığındakı konsert salonunda silahlı hücum və iki partlayış baş verib.
Gununsesi.info xəbər verir ki, ölkəni matəm vəziyyətinə salan terror aktında 80-dın çox insan həyatını itirib. Qanlı hücumun əks-sədaları davam edərkən, ABŞ-ın iki həftə əvvəl ölkədəki vətəndaşlarına xəbərdarlıq etdiyi ortaya çıxıb.
ABŞ-ın Rusiyadakı səfirliyi martın 8-də öz vətəndaşlarına “ekstremistlərin” Moskvada hücuma hazırlaşdığı barədə xəbərdarlıq edib. Məlumat Rusiya təhlükəsizlik xidmətlərinin İŞİD terror təşkilatının Xorasan qoluna aid bir hücrə tərəfindən sinaqoqa hücum planının qarşısını almasından bir neçə saat sonra verilib.
Bütün ABŞ vətəndaşlarını Rusiyanı tərk etməyə çağıran səfirlik təhlükənin mahiyyəti ilə bağlı əlavə məlumat verməsə də, insanların konsertlərdən və izdihamlı yerlərdən uzaq durmalı, ətraflarına diqqətli olmaları lazım olduğunu bildirib.
Rusiya hücumdan sonra bildirib ki, ABŞ Moskva yaxınlığındakı hücumla bağlı əlində olan hər hansı məlumatı paylaşmalıdır.
Gununsesi.info