ABŞ müdafiə naziri: “NATO Rusiya üçün təhlükə kəsb etmir”

  • By admin
  • 28 May 2017 22:09

 1484240430-4991

 

NATO  Rusiya üçün  təhlükə kəsb etmir”.

APA-nın məlumatına görə, bunu  ABŞ-ın müdafiə naziri  Ceyms Mettis CBS telekanalına müsahibəsində bəyan edib.

NATO  Rusiya üçün  təhlükə kəsb etmir. Bunu Moskvada gözəl anlayırlar. Bu gün Rusiyanın gələcəyi Avropa ilə bağlı olmalıdır.  Onlar NATO-nu özlərinə əsas təhdid hesab edirlər. Mən bunu başa düşmürəm”, deyə C.Mettis qeyd edib.

Onun sözlərinə görə, Rusiya  NATO-ya qarşı strateji rəqib yolunu seçib. ABŞ-ın müdafiə naziri  həmçinin bildirib ki, əgər Şimali Koreya ilə müharibə baş versə, bu hamı üçün fəlakət olacaq.

 

 

Gununsesi.info